Vüsal oynamadı, komandası qələbə qazandı
02.11.2024 - 12:33
Vüsal oynamadı, komandası qələbə qazandı

Türkiyə birinci liqasında XI tura start verilib. 

Apasport.az xəbər verir ki, turun açılış oyununda millimizin üzvü Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” öz meydanında “Ümraniyespor”u qəbul edib. Matç Bolu klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

İsgəndərli bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın protokoluna daxil edilməyib. 

Ardıcıl üçüncü qələbəsini qazanan “Boluspor” xallarının sayını 18-ə çatdırmaqla turnir cədvəlində dördüncü pilləyə yüksəlib. 

writer photo
Əlirza Əlirzalı
0