Xankəndi-Bakı ultra marafonunun ikinci mərhələsinin qalibi bəlli oldu
02.03.2024 - 15:22
“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı ilə təşkil edilən Xankəndi–Bakı ultra marafonunun ikinci mərhələsi keçirilib.
Apasport.az xəbər verir ki, 36 nəfərin iştirakı ilə Yevlax şəhərindən start götürən ikinci mərhələ 84 kilometr məsafəni əhatə edərək, Ucar şəhərində başa çatıb.
Finişə çatan 21 nəfər arasında Ağa Əliyev birinci, Elmir Əskərov ikinci, Artyom Əliyev üçüncü olublar. Qadınlar arasında isə Svetlana Şepeleva (Moldova) yürüşü birinci, Leyla Abidinova (Azərbaycan) və Nataliya Vallek isə ikinci yerdə başa vurublar.
0
0