“Xəzər Lənkəran”ın sabiq futbolçusu Önder Deniz Kolqu evlənmək vədi ilə aldatmaq və ölümlə hədələmək ittihamı ilə cinayət işi qaldırılıb.
Apasport.az saytının məlumatına görə, İstanbulda idxal şirkətində satış meneceri vəzifəsində çalışan bir xanım sabiq məşqçi və idman şərhçisindən şikayətçi olub.
Həmin xanım 6 il əvvəl tanış olduğu Önderin onu evlənmək vədi ilə aldadaraq minlərlə lirə pulunu aldıqdan sonra ölümlə hədələdiyini iddiası ilə prokurorluğa müraciət edib. Onun sözlərinə görə, 48 yaşlı mütəxəssis ilk olaraq böyük qızının məktəbi üçün müvəkkilindən 40 min lirə istəyib.
Anasının dünyasını dəyişdiyini deyən və bununla bağlı qəzetdə elan verən Kolqunun yalanı sonradan üzə çıxıb. Baş verənlərə görə yüksək təzyiqdən əziyyət çəkən şikayətçi həyatı və borcları ilə məşğul olarkən Önder Denizin başqa bir qadınla dəbdəbəli həyat sürdüyünü bildirib.
Zərərçəkən araşdırma zamanı özü kimi, daha 4 qadının evlənmək vədi ilə aldadıldığını və pullarının alındığını öyrənib.
Qeyd edək ki, Önder Deniz Kolqu 2004/05 mövsümündə Azərbaycanda “Xəzər Lənkəran”ın formasını geyinib.