2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə "3+1" illik müqavilə imzalanıb.
24 yaşlı futbolçu ölkəsinin "Slaven Belupo" klubundan transfer edilib.
O, karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/2019), Almaniyanın "Arminiya" (2022/2023) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib.
Futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. İvan "Sabah"da 13 nömrəli formada çıxış edəcək.