Yığmamız Türkiyəni məğlub etdi
04.06.2024 - 21:31
Yığmamız Türkiyəni məğlub etdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə qarşılaşıb.

B Liqasının İ qrupunun IV turunun matçı “Dalğa Arena”da baş tutub. Siyasət Əsgərovun yetirmələri dörd gün əvvəl Türkiyədə aldığı məğlubiyyətin revanşını alıb. Səfərdə 0:1 uduzan millimiz doğma azarkeşlər qarşısında eyni nəticə qalib gəlib. Bu qələbədən sonra yığmamız 4 xalla 3-cü pilləyə yüksəlib. Türklərin hesabında 6 xal var.

Qeyd edək ki, qrupun digər görüşündə Macarıstan İsveçrəni qəbul edəcək.

AVRO-2025-in seçmə mərhələsi
B liqası, İ qrupu
4 iyun
19:00. Azərbaycan - Türkiyə - 1:0
Qol: 
Nigar Mirzəliyeva, 89
Baş hakim: Nanna Löf Andersen (Danimarka)
Bakı. “Dalğa Arena”

 

writer photo
Əlirza Əlirzalı
0