Yığmamızın sabiq legioneri: “Milliyə oynamaq istəyənləri çağırmaq lazımdır” - MÜSAHİBƏ
07.12.2022 - 17:11
Yığmamızın sabiq legioneri: “Milliyə oynamaq istəyənləri çağırmaq lazımdır” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq futbolçusu, “Neftçi”, “Sumqayıt”, “Kəpəz”, “Sabah” klublarının formasını geyinmiş və karyerasını erkən başa vuran Məhəmməd Qurbanovun apasport.az saytına müsahibəsi

- Hazırda nə işlə məşğul olursan? “Çayka”nın aşağı yaş qruplarından ibarət komandalarında məşqçi kimi işini davam etdirirsən?
- Bəli, “Çayka”dayam. 

- Maraqlıdır, çalışdırdığın uşaq komandalarında azərbaycanlılar var? Rusiyalı və azərbaycanlı uşaqlar arasında hansı fərqlər var?
- Əlbəttə, burada azərbaycanlı istedadlı futbolçular var. Artıq Azərbaycan yığmasına bir futbolçu da göndərmişəm. 2006-cı il təvəllüdlü Eltac Məmmədovu nəzərdə tuturam. Həqiqətən də, çox istedadlı oyunçudur. Toplanışlarda özünü ən yaxşı tərəfdən göstərə bildi. Hətta yoxlama görüşündə yığmanın yeganə qolunu da vura bildi. O, artıq “Çayka”nın ikinci komandasına cəlb edilib. Amma Rusiya və Ukrayna hadisələrinə görə Azərbaycan yığmasına dəvət almır. 

- Futbolçu karyeranı nəyə görə erkən başa vurdun? Ola bilər ki, əməliyyatınızı düzgün edilməməsi səbəbindən belə alındı?
- Bir il əvvəl əməliyyat olunmuşdum. Hələ də futbolun içindəyəm, hər günüm meydanda keçir. Məşqçi kimi inkişaf etmək istəyirəm. Məşqçilik kateqoriyasının yüksəldilməsi qarşıdadır.

- "Rostov"da oynadıqdan sonra karyeranı Azərbaycanda qurdun. Səncə, Rusiyada qalsaydın, orada Premyer Liqada və ya milli komandada oynamaq imkanın olardı?
- Bu barədə düşünmək belə istəmirəm. Azərbaycanda keçirdiyim vaxta görə taleyimə minnətdaram. Rusiyada əcnəbi futbolçu olmasaydım, indi oynaya bilərdim.

- Azərbaycan millisində də çıxış etmisən. Yığmadakı karyeranı necə xatırlayırsan? Komandanın Robert Prosineçkinin vaxtında daha cəsarətli oynadığı deyilir...
- Bu, əla təcrübədir. Təbii ki, hər şey yadımdadır. Azərbaycan millisinin formasında oynadığım anları unutmaq olar? İndiki işimdə mənə kömək edən budur. Çox yaxşı anlardır. 

- Yəqin ki, indi də Azərbaycan millisinin çıxışını izləyirsən? Son beş görüşdə qalib gələn yığma barədə fikrin necədir? 
- Əlbəttə, yığmanın bütün oyunlarını izləyirəm. Hər bir epizodu da xatırlayıram. Son oyunlarda qələbə qazanmaq yaxşıdır. Amma əsas millinin qrupdan çıxmasıdır. Ümid edək ki, bu da baş verəcək.

- Millimiz AVRO-2024-ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə eyni qrupda mübarizə aparacaq. Necə düşünürsən, Azərbaycan millisinin qrupdan çıxmaq şansı var?
- Səmimi desəm, komandanın bu qrupdan çıxmaq şansı yoxdur. Amma milliyə ən gözəl nəticələri arzu edirəm.

- Yeri gəlmişkən, "Ximki"də çıxış edən Ayaz Quliyevə Azərbaycan pasportu verildiyi və yığmada oynaya biləcəyi iddia edilir. O, yığma komandaya kömək edə biləcək gücdədir?
- Əlbəttə ki, yox. Yığma komandaya daha gənc, istedadlı futbolçuları dəvət etmək olar. Bir sözlə, Azərbaycan millisində oynamaq istəyənləri çağırmaq lazımdır, daha Ayaz Quliyevi dilə tutmaq yox. Necə illərdir ki, “Qarabağ” və “Neftçi”nin legionerlərini milliləşdirirlər ki, yığmada oynatsınlar. Amma Azərbaycan yığma hələ də qrupdan çıxa bilmir. 

- Maraqlıdır ki, Quliyev "Spartak"da oynayanda, Azərbaycan millisində çıxış etmək istəmirdi. Sanki indi karyerasında eniş gedib, Rusiya yığmasından dəvət gəlməyəcəyini anlayıb və Azərbaycan yığmasında oynamağa razılıq verib. Səncə, bu, ədalətlidir?
- Mən də, elə yuxarıda bu barədə bəhs edirdim. Milli komandaya dəvət olunmaq böyük fəxr olunası hissdir. Ora karyeranda pik nöqtəyə gəlmirsənsə, pul qazanmaq yeri deyil.
 

writer photo
Əlirza Əlirzalı
0