"Zirə" – "Omoniya" görüşünü idarə edəcək hakimlər məlum olub
19.08.2024 - 16:34
"Zirə" – "Omoniya" görüşünü idarə edəcək hakimlər məlum olub

Konfrans Liqasının təsnifat mərhələsinin pley-off mərhələsinin Bakıda keçiriləcək "Zirə" – "Omoniya" görüşünün cavab oyununun hakimləri məlum olub.

Apasport.az xəbər verir ki, görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakimi Vitali Spasennikova Raymond Tatrix və Artur Şakurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandr Anufriyev kömək edəcək.

Qarşılaşma avqustun 29-da "Dalğa Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0