“Zirə” onu da göndərdi
05.01.2023 - 12:13
“Zirə” onu da göndərdi

Qış fasiləsində “Zirə”dən ayrılan futbolçuların sayı 3-ə çatıb.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, qəsəbə təmsilçisi Təmkin Xəlilzadə və Toni Qomesdən sonra Nemanya Andelkoviçlə vidalaşıb.

2021-ci ilin yanvarında 2,5 illik müqavilə imzalamış 25 yaşlı serbiyalı legionerin anlaşmasının müddəti mövsümün sonunda başa çatmalı olsa da, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.

“Zirə” müdafiəçini düşərgədən göndərmək üçün əlavə xərcə düşməyib.

Qeyd edək ki, Andelkoviç Azərbaycana gəlməmişdən əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor”un şərəfini qoruyub.
 

writer photo
Əlirza Əlirzalı
0