“Zirə”nin futbolçusu: “Gözləntilər böyük idi”
15.12.2022 - 18:20
“Zirə”nin futbolçusu: “Gözləntilər böyük idi”

“Belçika millisindən gözləntilər böyük idi. Amma onlar turnirə heç də yaxşı başlamadılar”. 

Bunu apasport.az saytına “Zirə”nin belçikalı futbolçusu Loris Bronyo deyib. 

O, ölkəsinin millisinin Qətərdə keçirilən dünya çempionatındakı çıxışını uğursuz dəyərləndirib. Bronyonun bildirib ki, Belçika daha yaxşı nəticələrə layiq idi: “Uğursuz startın da hardasa təsiri oldu. Bir neçə səbəbin olması mümkündür. Məncə, Belçika millisi yaxşı əhval-ruhiyyə və motivasiya ilə oynamadılar. İstənilən halda, Belçika Xorvatiya ilə görüşdə qələbəyə və 1/8 final mərhələsinə çıxmağa layiq idi. Sadəcə, milli son iki oyunda o qədər də yaxşı deyildi. Nəticə də belə oldu”.

30 yaşlı futbolçu Azərbaycana gələnə qədər "Şarlerua", "Löven", "Lommel Yunayted", "Mons", "Sparta"(Rotterdam) və "Beerşot" klublarında oynayıb.

Qeyd edək ki, Belçika mundalda qrup mərhələsində mübarizəni dayandırıb. 
 

writer photo
Əlirza Əlirzalı
0