"Zirə"nin oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb
19.07.2024 - 22:30
"Zirə"nin oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb

Zirənin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda “DAC 1904”-ə qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb. 

Apasport.az xəbər verir ki, “Dalğa Arena”da baş tutacaq “Zirə” - “DAC 1904” oyununu luksemburqlu hakimlər briqadası idarə edəcək. 

Baş hakim İvo Torresə yan xətt hakimləri Rafael Morim və Dani Dias Balsa köməklik edəcək. Dördüncü hakim isə Jasmin Sabotiç olacaq.

Qeyd edək ki, cütün ilk görüşü iyulun 25-i saat 19:30-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0