“Zirə”yə səfərdə cüzi ÜSTÜNLÜK
01.10.2022 - 11:16
“Zirə”yə səfərdə cüzi ÜSTÜNLÜK

Misli Premyer Liqasının VIII turunun “Turan Tovuz” – “Zirə” görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları səfərdə mübarizə aparacaq Rəşad Sadıqovun yetirmələrinə cüzi üstünlük verir.

Bu gün Tovuzda baş tutacaq oyunda “Zirə”nin qələbəsi 2,52, “Turan Tovuz”un uğuru 2,56 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,28 əmsal verilib.

Qeyd edək ki, ölkə çempionatında günün ilk oyunu saat 15:30-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0