“Abşeron”un baş məşqçisi: “Onlarda da belə hallar qaçınılmazdır”
19.10.2024 - 18:23
“Abşeron”un baş məşqçisi: “Onlarda da belə hallar qaçınılmazdır”

"Abşeron" basketbol komandasının baş məşqçisi Erhan Toker NTD-Bakı ilə keçirilən oyundan (75:69) sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, mütəxəssis komandanın çıxışını dəyərləndirib.

"Oyuna çox pis başladıq. Nə danışmışdıqsa tam əksi oldu. Bəlkə ilk matç olduğu üçün belə oldu. Tələskənlik və həyəcan var idi. Əslində oyunçuların çoxu təcrübəli sayılır. Görünür onlarda da belə hallar qaçılmazdır. Texniki tərəfdən yanaşsaq, yaxşı müdafiə oluna bilmədilər. Rəqib isə əksinə daha yaxşı idi. Yaxşı müdafiə olunub, rahat xallar qazandılar. Biz isə sonradan oyunu bərabərləşdirməyə çalışdıq. Bunu bacardıq, ondan nəzarətə götürdük və hər şey bizim lehimizə çevrildi. Matçın son hissəsini də yaxşı oynayıb qazandıq".

- Komanda təxminən 3 period geridə oldu, amma sonda qalib gəldiz. Bu müddətdə nə dediz oyunçulara ki, matçı çevirə bildilər.
- Əslində ən başda dediyim sözləri dedim. Müdafiə olunmaq məcburiyyətindəyik və basqı ilə oynamalıyıq. Eyni zamanda fərdi yox, komanda halında oynamaq məcburiyyətindəyik. Gedişatda səhvlərini anlayıb dediyim kimi oyun stilinə keçdilər və hər şey yaxşı oldu. 

- ⁠Gənc oyunçu İsmayıl Abdullayev startdan sonacan yaxşı oyun sərgilədi. Nə düşünürsüz onun oyunu haqqında?
- İsmayıl, çox yaxşı oynadı. Ona çox şans veririk və elə şans verib əsas heyət oyunçusuna çevirmək istədiyimiz oyunçulardandı. Hücum potensialı yaxşıdır. Atışı, ötürmələri və s. faktorlarda yaxşı oyunçudur. Lakin müdafiədə axsayırdı ki, bu matçda müdafiə anlamında da yaxşı oynadı. Bundanda yaxşı çıxış edə bilər, amma ümumi olaraq bu matçda ondan razı qaldım.

writer photo
Əlirza Əlirzalı
0