Fransa millisinin üzvləri milli komanda ilə vidalaşıb
11.08.2024 - 15:34
Fransa millisinin üzvləri milli komanda ilə vidalaşıb

Yay Olimpiya Oyunlarında basketbol yarışlarının finalında ev sahibi Fransa gümüş medala yiyələnib.

Apasport.az xəbər verir ki, Fransanı təmsil edən idmançılar Nikolas Batum və Nando De Kolo milli komanda karyeralarını bitirmək qərarı veriblər.

Hər iki basketbolçu final matçından sonra qərarlarını ictimaiyyətə açıqlayıb. 

Qeyd edək ki, Fransa finalda ABŞ-yə 98:87 hesabı ilə məğlub olub.

writer photo
Əlirza Əlirzalı
0