Millimiz Niderlanda qarşı
14.07.2024 - 13:21
Millimiz Niderlanda qarşı

20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda qrup mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, Rumıniyada təşkil olunan yarışda III turun oyunları keçiriləcək.

B qrupunda mübarizə aparan Azərbaycan millisi İrlandiya ilə görüşəcək. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız Bakı vaxtı ilə saat 14:00-da meydana çıxacaq.

Qeyd edək ki, Avropa çempionatının B divizionunun oyunları iyulun 21-dək davam edəcək. Komandamız növbəti matçını iyulun 17-də Niderlanda qarşı keçirəcək.

U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B divizionu, B qrupu
III tur, 14 iyul
14:00. İrlandiya - Azərbaycan

Pitesti Arena

writer photo
Əlirza Əlirzalı
0