"Ordu" "Şəki"ni məğlub edib
26.10.2024 - 17:23
"Ordu" "Şəki"ni məğlub edib

Azərbaycan Basketbol Liqasında II turun növbəti oyunu reallaşıb.

Apasport.az xəbər verir ki, B qrupunda yer alan komandaların duelində "Ordu" "Şəki" kollektivinə qalib gəlib.

Bakı İdman Sarayında baş tutan matç birincilərin 104:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, günün ikinci qarşılaşmasında "Sərhədçi" "Abşeron"la münasibətlərinə aydınlıq gətirəcək.

 

writer photo
Əlirza Əlirzalı
0