“Ordu” klubunun amerikalı basketbolçusu Brendon Tucker komandanın mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, yeni mövsüm və “Sumqayıt”la ilk turun qarşılaşması haqqında fikirlərini bölüşüb:
“Mövsümə əla başladıq. İlk oyunlar həmişə çətin olur. Amma biz bunun öhdəsindən gəlib qələbə qazandıq. Bu oyundan həm müsbət, həm də mənfi məqamları özümüz üçün müəyyləşdirməli və bundan nəticə çıxarmalıyıq. Çünki bu qələbə seriyasının davam etdirilməsi üçün çox vacibdir. Bu komandanın nəyə qadir olması məni çox həyəcanlandırır. Mövsümün qalan görüşlərini səbirsizliklə gözləyirəm”