Qətər şeyxi FİBA prezidenti seçildi
23.08.2023 - 23:47
Qətər şeyxi FİBA prezidenti seçildi

Manilada Beyəlxalq Basketbol Federasiyasının (FİBA) konqressi baş tutub.

Apasport.az saytı xəbər verir ki, 2023-2027-ci illər dövrü üçün quruma prezident seçkiləri keçirilib. 

Qətər şeyxi Saud Əli Əl Tani FİBA-nın yeni prezidenti seçilib. Bunadək, o, qurumda vitse-prezident postunu tuturdu. Bundan başqa, Əl Tani Qətər Basketbol Federesiyasının prezidenti və Qətər Olimpiya Komitəsinin vitse-prezidenti vəzifələrində çalışır.

Qeyd edək ki, Saud Əli 2002-ci ildən FİBA-Asiya-nın prezidentidir.
 
 

writer photo
Əlirza Əlirzalı
0