U-18 qız millimiz Avropa çempionatında mübarizəyə başlayır
22.07.2024 - 20:10
U-18 qız millimiz Avropa çempionatında mübarizəyə başlayır

23-28 iyul Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatı "C" divizionun oyunları baş tutacaq.

Apasport.az xəbər verir ki, B qrupunda qərarlaşmış qızlarımız, Albaniya, Gürcüstan və Ermənistan yığmalarına qarşı mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 23 iyul Bakı vaxtı ilə saat 19:00-da Albaniya yığmasına qarşı olacaq. Qızlarımız növbəti qrup oyunlarını, 24 iyul saat 19:00-da Gürcüstan və 25 iyul saat 16:30-da Ermənistan seçmələrinə qarşı keçirəcəkdir.

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi "youtube" hesabından da canlı yayımlanacaq.

writer photo
Əlirza Əlirzalı
0