13 min əmsallıq QALİB KUPON
04.11.2022 - 16:31
13 min əmsallıq QALİB KUPON

Çempionlar Liqası daha bir proqnozsevərə böyük sevinc bəxş edir.

Apasport.az saytının məlumatına görə, bu həftə baş tutan qarşılaşmalardan dördünün dəqiq hesabını tapan daha bir better üzə çıxıb.

Bu dəfə rusiyalı mərc həvəskar fərqlənib. O, “Sportinq” – “Ayntraxt” (1:2), “Marsel” – “Tottenhem” (1:2), “Bavariya” – “İnter” (2:0) və “Reyncers” - “Ayaks” (3:1) görüşlərinə mərc edib.

Cəmi 20 rublla (55 qəpik) risk edən proqnozsevər təxminən 13 minlik - 12905,75 əmsal toplayıb. Bu qarşılaşmalardan birinin əmsalı 13,0-a bərabər olub. 

Yekunda rusiyalı bütün oyunların nəticələrini düzgün təxmin edib. Bu, ona 258 min 115 rubl (7 min 865,54 manat) uduş bəxş edib.

writer photo
Əlirza Əlirzalı
0