Qətərdə keçirilən dünya çempionatı daha bir proqnozsevəri sevindirib.
Apasport.az saytının məlumatına görə, Rusiyada bir better qrup mərhələsinin II turunda İspaniya ilə Almaniya arasında keçirilən matçdan qazanc götürüb.
Həmin şəxs İspaniya 1:0 hesabı ilə öndə olarkən 75-ci dəqiqədə Almaniyanın uduzmayacağına 1 milyon rubl qoyuluş edib. Proqnozsevər 79-cu dəqiqədə eyni nəticəyə daha 1 milyon rubl “atıb”. Qarşılaşmanın 83-cü dəqiqəsində Bundestim bərabərlik topunu vurmaqla həmin şəxsə 3 milyon 990 min rubl, yəni 111 min 321 manat qazandırıb.
Qeyd edək ki, İspaniya – Almaniya oyunu 1:1 hesabı ilə yekunlaşıb.
- Dürsədəf Kərimova bürünc üçün yarışacaq - YENİLƏNİB
- PSJ Messisiz qaldı: 3 matçda oynamayacaq
- İngiltərə Danimarka ilə sülhə razılaşdı - YENİLƏNİB
- Andrey Popoviç: “Qriqorçuka "Neftçi"ni tam formalaşdırmağa icazə versələr, nəticə göstərəcək” - MÜSAHİBƏ
- Güləşçilər Respublika çempionatında mübarizəyə start veriblər