2,3 milyonluq UDUŞ
27.11.2022 - 17:52
2,3 milyonluq UDUŞ

DÇ-2022-də bukmeker kontorlarında ən böyük uduşlardan biri qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər 2,3 milyon dollarlıq uduşa sahib çıxıb.

Dörd oyuna mərc edən better 35 min dollarlıq qoyuluş edib. O, Səudiyyə Ərəbistanının Argentinanı udacağını, Danimarka – Tunis və Meksika – Polşa görüşlərinin heç-heçə bitəcəyini təxmin edib. Proqnozsevərin Fransanın Avstraliyanı udması ilə bağlı proqnoz verib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2:1, Fransa 4:1 hesablı qələbə qazanıbsa, digər matçlarda qol vurulmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0