255 minlik XƏYAL
10.12.2022 - 14:47
255 minlik XƏYAL

Xorvatiyanın DÇ-2022-nin 1/4 finalında Braziliyanı mübarizədən kənarlaşdırmasına ən çox sevinənlərdən biri bukmeker kontorunun müştərisi olub.

Apasport.az saytının məlumatına görə, proqnozsevər 255 min dollar uduşa sahib çıxmaq xəyalından əlini üzməyib.

O, mundialin ikinci günündə Xorvatiyanın çempion olacağına 5 min dollar pul qoyub. Həmin vaxt balkanlıların əmsalı 51-ə bərabər olub.

255 min uduşa sahib çıxmaq ümidi ilə yaşayan better üçün 1/4 final çətin sınaq sayılırdı. Braziliya kimi güclü rəqibi penaltilər seriyasında məğlub edən Xorvatiya onlara güvənən proqnozsevərin etimadını doğruldub. Artıq onun uduşa sahib çıxması üçün 2 oyun qalıb.

Qeyd edək ki, Xorvatiya yarımfinalda Argentina ilə görüşəcək.

writer photo
Əlirza Əlirzalı
0