Bu gün DÇ-2022-nin E qrupunda III turun oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, baş tutan iki matçla qrupda mübarizə yekunlaşıb.
Son tur 1/8 finala iki vəsiqənin sahibini müəyyənləşdirib. Yaponiya daha bir sensasiyaya imza ataraq qrupda dünya və üçqat Avropa çempionları olan İspaniyanı da məğlub edib. Çox maraqlıdır ki, Gündoğar ölkə təmsilçisi Bundestimlə oyunda olduğu kimi, geri dönüş edib və qrup lideri olublar.
İspaniya qrup ikincisi olub. Almaniya isə Kosta Rikaya DÇ-2006-nın açılış matçında olduğu kimi, 4:2 qalib gəlsə də, bu onlara 1/8 finala adlamaq üçün kifayət etməyib. İspaniya məhz Kosta Rikaya vurduğu 7 cavabsız top sayəsində daha üstün tərəf olub.
Beləliklə, dördqat dünya çempionları Almaniya ardıcıl 2-ci dəfə mundialın qrupunda qalıb.
DÇ-2022, qrup mərhələsi
E qrupu
III tur
1 dekabr
23:00. Yaponiya – İspaniya 2:1
Qollar: Ritsu Doan, 48. Ao Tanaka, 53 – Alvaro Morata, 12
23:00. Kosta-Rika – Almaniya 2:4
Qol: Yeltsin Texeda, 58. Xuan Pablo Varqas, 70 – Serj Qnabri, 10. Kay Haverts, 73, 85. Niklas Fülkruq, 90+1
1 |
Yaponiya |
3 |
2 |
0 |
1 |
4-3 |
6 |
2 |
İspaniya |
3 |
1 |
1 |
1 |
9-3 |
4 |
3 |
Almaniya |
3 |
1 |
1 |
1 |
6-5 |
4 |
4 |
Kosta Rika |
3 |
1 |
0 |
2 |
3-11 |
3 |