Argentina yığmasından mundiallar tarixində İLK
22.11.2022 - 17:13
Argentina yığmasından mundiallar tarixində İLK

Argentina millisi dünya çempionatları tarixində bir oyunun start heyətində yaşı 34-dən yuxarı olan dörd futbolçunu meydana buraxan ilk komanda olub.

Apasport.az saytının məlumatına görə, Lionel Messi (35), Nikolas Otamendi (34), Anxel Di Mariya (34) və Papu Qomes (34) eyni vaxtda çıxış etməklə bu göstəriciyə imza atıb.

Bu, komandanın DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə məğlub olduğu görüşdə baş verib.

Həmçinin Argentina 1990-cı ildən sonra ilk dəfə mundialın açılış matçında məğlub olub. “Tanqoçular” DÇ-1990-da Kameruna 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatının C qrupunda yer alan Argentina növbəti oyununu noyabrın 26-da Meksikaya qarşı keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0