Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin III turuna start verilib.
Apasport.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçirilib.
Türkiyənin “Qalatasaray” klub azarkeşləri önündə İsveç “Elfsborq”unu qəbul edib. 7 qolun vurulduğu görüşdə "sarı-qırmızılar" çətinliklə qələbə qazanıb - 4:3.
Qeyd edək ki, “Qarabağ” bu turda sabah Bakıda “Ayaks”la qarşılaşacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
23 oktyabr
18:30 "Braqa" (Portuqaliya) – "Bodo-Qlimt" (Norveç) 1:2
18:30 "Qalatasaray"(Türkiyə) – "Elfsborq" (İsveç) 4:3
Mauro İkardi, 28, İsak Pettersson, 39-öz qapısına, Barış Alper Yılmaz, 44, Yunus Akgün, 83 - Hakon Evyen, 53, Maykl Baydu, 65, Yohan Larsson, 90