Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, qarşılaşmalar Münhen və Mançesterdə keçirilib.
“Mançetser Siti” İspaniya nəhəngi “Real”la qarşılaşıb. Bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə yekunlaşıb.
Cavab görüşünün də əsas və əlavə vaxtı heç-heçə bitib. Qalib isə penaltilər seriyasnda müəyyənləşib. Rəqibinə qalib gələn “Real” yarımfinala yüksəlib.
“Arsenal” isə “Bayern”in qonağı olub. Sözügedən komandalar da birinci oyunda 2:2 hesablı heç-heçə etmişdilər. Doğma meydanda minimal hesabla qalib gələn “Bayern” yarımfinala çıxıb.
Beləliklə, yarımfinalda PSJ “Borussiya” (Dortmund) ilə, “Real” isə “Bayern”lə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
17 aprel
23:00. “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya) 1:1 (penalti: 3:4)
Qollar: De Bruyne, 73 - Rodriqo, 12
Baş hakim: Daniele Orsato (İtaliya).
“Etihad” stadionu.
İlk oyun – 3:3.
23:00. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) 1:0
Qol: Kimmix, 64
Baş hakim: Danni Makkeli (Niderland).
“Alyans Arena”.
İlk oyun – 2:2.