Bellingem tarixə düşdü
21.11.2022 - 18:30
Bellingem tarixə düşdü

İngiltərə yığmasının futbolçusu Cud Bellingem dünya çempionatları tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi XXI əsr anadan olub mundialda qol vuran ilk futbolçu olub.

O, DÇ-2022-nin qrup mərhələsinin I turunun İranla görüşündə fərqlənib. Bellingem 19 yaş 145 günlüyündə fərqlənib.

O, İngiltərə yığmasının dünya çempionatında qol vuran ikinci ən gənc futbolçudur. Maykl Ouen 18 yaş 190 günlüyündə buna sevinib.

Qeyd edək ki, İngiltərə hazırda davam edən matçda 3:0 hesabı ilə öndədir.
 

writer photo
Əlirza Əlirzalı
0