Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, ilk gündə 10 görüş olacaq.
Azərbaycan çempionu “Qarabağ” Bakıda Polşa təmsilçisi “Lex”i qəbul edəcək. Ağdamlılar Poznandakı 0:1 hesablı məğlubiyyətin revanşını almağa çalışacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
12 iyul
19:30. RFŞ (Latviya) - HIK (Finlandiya)
20:00. “Linkoln” (Cəbəllütariq) – “Şkupi” (Şimali Makedoniya)
20:00. “Qarabağ” (Azərbaycan) – “Lex” (Polşa)
20:00. “Jalgiris” (Litva) – “Ballkani” (Kosovo)
21:00. “Şerif” (Moldova) – “Zrinski” (Bosniya və Herseqovina)
22:00. “Hibernians” (Malta) – “Şemrok Rovers” (İrlandiya)
22:00. “Tirana” (Albaniya) – “Düdelanj” (Lüksemburq)
22:00. “Klasksvik” (Farer adaları) – “Bodo-Qlimt” (Norveç)
23:00. “Sutyeska” (Monteneqro) – “Ludoqorets” (Bolqarıstan)
23:30. “Vikinqur” (İslandiya) – “Malmö” (İsveç)