Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsi başa çatacaq.
Apasport.az saytının məlumatına görə, son yarımfinalçılar cavab oyunları çərçivəsində keçiriləcək iki qarşılaşmada bəlli olacaq.
“İnter” səfərdə iki cavabsız qolla məğlub etdiyi “Benfika”nı sınağa çəkəcək. Milanın eyniadlı klubu ilə yarımfinal derbisinə çıxmaq üçün “neradzurra” üstünlüyünü qorumalıdır. Portuqaliya təmsilçisi isə çətin vəzifənin öhdəsindən gələrək revanş almaq istəyir.
“Mançester Siti”ni qonaq edəcək “Bavariya” da ilk matçdakı yenilginin əvəzini çıxmağa köklənib. Münhenlilər evdə oynasa da, darmadağının qisasını almalıdır. Mançesterlilər isə ötən mövsüm yarımfinalda uduzduğu “Real”la görüşmək üçün bu səddi adlamalıdır.
Qeyd edək ki, bir gün əvvəl “Milan” “Napoli”ni, “Real” isə “Çelsi”ni mübarizədən kənarlaşdırıb.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
19 aprel
23:00. “İnter” - “Benfika”
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Zədəlilər: Dalbert, Milan Şkrinyar (hər ikisi “İnter”), Aleksander Ba, Yulian Dreksler (hər ikisi “Benfika”)
Zədə üzündən sual altında olanlar: Stefan de Vriy (“İnter”), Mixaylo Ristiç (hər ikisi “Benfika”)
Cəzalı: Nikolas Otamendi (“Benfika”)
Əmsallar: 1 – 2,16, X – 3,56, 2 – 3,66
Milan. Cüzeppe Meattsa stadionu
İlk oyun – 2:0
23:00. “Bavariya” - “Mançester Siti”
Baş hakim: Klemen Turpin (Fransa)
Zədəlilər: Lukas Ernandes, Manuel Noyer, Pol Vanner (hamısı “Bavariya”)
Əmsallar: 1 – 2,70, X – 3,98, 2 – 2,53
Münhen. “Alyans Arena”
İlk oyun – 0:3