DÇ-2022: Avstraliya millisində dəyişiklik
21.11.2022 - 11:29
Avstraliya millisinin heyətində dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Martin Boyl komandadan çıxarılıb.
Buna səbəb 29 yaşlı hücumameyilli oyunçunun dizindən zədə almasıdır. Boyl bu üzdən Qətərdə start götürən dünya çempionatında iştirak edə bilməyəcək. Baş məşqçi Qrem Arnold bildirib ki, millinin həkimlərinin rəyinə əsasən, Boylun turnir zamanı bərpası mümkün görünmür. Onu “Melburn Siti”nin oyunçusu Marko Tilio əvəz edəcək.
Qeyd edək ki, Avstraliya yığması DÇ-2022-nin D qrupunda Fransa, Danimarka və Tunislə mübarizə aparacaq.
- Qurban Qurbanov: “Ya tələb olunmalıdır, ya da dövlət səviyyəsində nəsə olmalıdır“
- Paris-2024: Qızıl və bürünc medal qazanan parataekvondoçularımız vətənə dönüb - FOTO
- Bundesliqaya KUPON
- "Neftçi" "Sabah"a belə məğlub oldu - VİDEO
- Cahangir Həsənzadə: “Neftçi” “Qarabağ”a qarşı əsl gücünü göstərməlidir” - MÜSAHİBƏ
0
0