Fransa milli komandalarına 2022-ci ildəki turnirlər üçün vəd olunan mükafatın məbləği bəlli olub.
Apasport.az saytının məlumatına görə, Qətərdə keçiriləcək DÇ-2022-də və İngiltərədə baş tutacaq qadınlararası Avropa çempionatında mükafat eyni sxem üzrə bölüşdürüləcək.
Futbol federasiyası çempionluq üçün əldə olunan qazancın 30 faizini futbolçular arasında bölməyə qərar verib. Qətərdə çempion olacaq yığma FİFA-dan 12 milyon avro alacaq. Fransa qızıl medal qazansa, hər futbolçuya 446 min düşəcək.
AVRO-2022-də oynayacaq qadın millisi çempionluq əldə etsə, federasiyaya 2,08 milyon vəsait gələcək. Hər oyunçu isə 24 min qazanacaq.
Qeyd edək ki, ötən il baş tutan AVRO-2020-nin 1/8 finalında uduzan kişilərdən ibarət yığmanın hər üzvü 173 min avro alıb.