DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klubların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bu göstəricidə rekord “Bavariya”ya məxsusdur.
Almaniya çempionu az qala tam heyətlə Qətərdədir. Münhen klubu mundialda 17 futbolçu ilə təmsil olunub.
“Bavariya”nın üzvləri 8 milli komandadadır. Bu klubun Almaniyada 7, Fransada 4, Kamerun, Kanada, Xorvatiyada, Mərakeş, Niderland və Seneqalda 1 oyunçusu yer alıb.
“Mançester Siti” və “Barselona” ikinciliyi bölüşür. Bu komandalar hərəyə 16 oyunçunu Qətərə göndərib.
“Mançester Yunayted”in 14, “Real”ın 13 futbolçusu mundialdadır. Daha 9 klubun təmsilçi sayı ikirəqəmli ədədlə ifadə olunur.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də başlayacaq.