Fernandeşdən unikal göstərici
24.11.2022 - 23:32
Fernandeşdən unikal göstərici

DÇ-2022-nin I turunda keçirilən Portuqaliya - Qana matçına (3:2) damğa vuran futbolçulardan biri də Brunu Fernandeş olub.

Apasport.az saytı xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi mundiallar tarixində bir oyunda iki məhsuldar ötürmə verən ikinci portuqal oyunçu kimi tarixə düşüb.

Daha əvvəl 1966-cı ildə Joze Torriş Braziliya ilə oyunda bunu bacarmışdı.

Matçın oyunçusu seçilən Kriştianu Ronaldo isə dünya çempionatlarında Portuqaliya yığmasının heyətində qol vuran ən yaşlı futbolçu ünvanına sahib çıxıb. O, həmçinin analoji turnirlərdə qol vuran ən gənc portuqaliyalı adını qoruyur.

Qeyd edək ki, Ronaldodan əvvəl İvitsa Oliç (Xorvatiya) və Mikael Laudrup (Danmarka) da bu uğura nail olub.

writer photo
Əlirza Əlirzalı
0