Millətlər Liqasında Finlandiya öz meydanında Bosniya və Herseqovinanı qəbul edəcək.
Apasport.az saytının məlumatına görə, bu qarşılaşmaya kupon açıqlanıb.
Futbol eksperti Dmitri Donskoy B liqasının 3-cü qrupu üçün təkli kupon təklif edir. O, hətta bunun üçün iki mümkün variant görür:
Hər iki komanda DÇ-2022-dən kənar qalıb. Bu üzdən tamamilə Millətlər Liqasına konsentrasiya oluna bilərlər. Finlandiya yoxlama oyunlarında o qədər də yaxşı təsir bağışlamasa da, rəqibindən xeyli güclü görünür. Meydan amili də ev sahiblərinə əlavə motivasiya olacaq.
Bosniyalılar yoxlama matçlarında yaxşı oynamayıb. Çətin ki, mövsüm başa çatdıqdan sonra funksional olaraq belə turnirə tam hazır olsunlar.
Hesab edirəm ki, qonaqlar tab gətirməyəcək və yekunda uduzacaq. Bu üzdən də Finlandiyanın qələbəsinə qoyuluş da etmək olar.
Futbolçulardan yüksək sürət, hücum futbolu gözləməyə dəyməz. Hər iki komanda hücumdakı oyunu ilə özündən söz etdirə bilmir. Buna görə də hər iki tərəf müdafiəyə önəm verəcək. Qapalı oyunda 1-2 qol olacaq.
Proqnozum: 1 və ya Alt