Fransa İngiltərəni məğlub edib, yarımfinala çıxdı - YENİLƏNİB
11.12.2022 - 01:02
Fransa İngiltərəni məğlub edib, yarımfinala çıxdı - YENİLƏNİB

Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Qətərdəki mundialın 21-ci gününün son matçında İngiltərə və Fransa üz-üzə gəlib.

Bu, 1/4 finalda yeganə Avropa dueli olub. 4 il əvvəlki mundialın yarımfinalında oynamış rəqiblərdən İngiltərə mübarizəni dayandırıb. Baxmayaraq ki, Hari Keynin 2-ci dəfə penaltidən qol vurmaq şansı olub. 2:1 qalib gələn Fransa yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal oyunları dekabrın 13-14-də keçiriləcək.

DÇ-2022
1/4 final
10 dekabr
23:00. İngiltərə – Fransa - 1:2
Qollar:
Hari Keyn, 54 (penalti) – Orelyen Çuameni, 17. Olivye Jiru, 78
Qaçırılan penalti: Hari Keyn, 84
 

writer photo
Əlirza Əlirzalı
0