Fransalı müdafiəçi üçün DÇ-2022 bitdi
23.11.2022 - 09:25
Fransalı müdafiəçi üçün DÇ-2022 bitdi

Fransa millisinin müdafiəçisi Lukas Ernandes Qətərdə keçirilən dünya çempionatındakı çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, buna səbəb ulduz futbolçunun mundialın Avstraliya ilə ilk oyununda zədələnməsidir.

Komandasının 4:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 13-cü dəqiqəsində zədələnərək əvəzlənən 26 yaşlı oyunçunun sağ dizinin ön çarpaz bağının yırtıldığını bildirib. Onun əvəzinə meydana qardaşı Teo Ernandes daxil olub.

Qeyd edək ki, dünya çempionatından əvvəl Pol Poqba, Nqolo Kante, Presnel Kimpembe və başqa bir neçə futbolçu zədə səbəbindən Fransa yığmasının heyətinə daxil edilməyib.
 

writer photo
Əlirza Əlirzalı
0