Günün oyununa PROQNOZ: Qonaq komanda uduzmayacaq
11.06.2022 - 13:51
Günün oyununa PROQNOZ : Qonaq komanda uduzmayacaq

Millətlər Liqasında III turun son oyun günündə bütün diqqətlər İngiltərə - İtaliya matçına olacaq.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Roman Quskov Vulverhemptonda keçiriləcək günün mərkəzi görüşünə proqnozunu verib.

Mütəxəssis proqnozsevərlərə iki variant təklif edib:

Qəribədir ki, həm britaniyalılar, həm də italyanlar Millətlər Liqasına eyni tempdə başlamadılar. İngiltərə Almaniyadan 1 xal alsa da, əsas sensasiya Macarıstana 0:1 hesabı ilə uduzması oldu. Amma italyanlar 4 xalla qrupa başçılıq edirlər.

İtaliya indi rəqibi ilə səfərdə qarşılaşır. Belə bir oyunda fiziki forma böyük rol oynayacaq. Roberto Mançini əsas komandanın bir neçə üzvünə istirahət imkanı vermişdi və indi onlar ilk dəqiqələrdən mütləq meydana çıxacaqlar. Qaret Sautqeyt isə o qədər rotasiya etmədi. Üstəlik, heyətlə bağlı bəzi problemlər var.

Düşünürəm ki, bu matçda azarkeşlər bol qol izləyəcək. Eyni zamanda hesab edirəm ki, İtaliya uduzmayacaq.

Proqnozum: 2X və Q/Q

writer photo
Əlirza Əlirzalı
0