Holan Çempionlar Liqasında 30 qol vuran ən gənc futbolçudur
15.03.2023 - 00:45
"Mançester Siti"nin hücumçusu Arlin Holan UEFA Çempionlar Liqasında 25 matçda 30 qol vuran ən sürətli oyunçudur.
Apasport.az xəbər verir ki, Norveç yığmasının futbolçusu həm də Çempionlar Liqasında 30 qol vuran tarixin ən gənc futbolçusu olub. O bu nəticəyə 22 yaş 236 günlüyündə imza atıb.
Qeyd edək ki, Arlin Holanın bu mövsüm Çempionlar Liqasında 8 qolu var. O, onun komanda yoldaşı Riyad Mahrezin "Siti"də ötən mövsüm vurduğu qolların sayı ilə eynidir.
0
0