"Liverpul" Niderland millisinin hücumçusunu transfer etdi - FOTO
29.12.2022 - 00:59
"Liverpul" Niderland millisinin hücumçusunu transfer etdi - FOTO

"Liverpul" Niderland millisinin hücumçusu Kodi Xakponun transferini elan etdiyini açıqlayıb.

Apasport.az xəbər verir ki, futbolçu 18 nömrə ilə çıxış edəcək. Bunadək PSV-də çıxış edən futbolçu yeni komandasına qış pəncərəsi açıldıqdan sonra qoşulacaq.

Dünya çempionatında 3 qola imza atmış 23 yaşlı futbolçu "Liverpul"a mümkün qədər çox titul qazanmağa gəldiyini açıqlayıb.

Qeyd edək ki, onun transferinin mükafatlarla birlikdə mersisaydlılara 50 milyon avroya başa gəldiyi bildirilir. Bu futbolçunu "Mançester Yunayted" də istəyirdi.

writer photo
Əlirza Əlirzalı
0