Avropa Liqasının qrup mərhələsində I turun oyunları keçirlib.
Apasport.az saytı xəbər verir ki, görüşlər kifayət qədər məhsuldar keçib.
Günün ən qollu matçı Amsterdamda qeydə alınıb. Altı qolun vurulduğu “Ayaks” – “Marsel” görüşü 3:3 hesabı ilə yekunlaşıb.
Turun ən sürpriz nəticəsi İngiltərədə qeydə alınıb. “Brayton” öz meydanında AEK-ə uduzub. Digər ingilis klubları “Liverpul” və “Vest Hem” qələbə qazanıblar.
Avropa Liqası, qrup mərhələsi
21 sentyabr
A qrupu
“Olimpiakos” – “Frayburq” – 2:3
“Vest Hem” – “Baçka-Topola” – 3:1
B qrupu
“Brayton” – AEK – 2:3
“Ayaks” – “Marsel” – 3:3
C qrupu
“Sparta” – “Aris” – 3:2
“Reyncers” – “Betis” – 1:0
D qrupu
“Atalanta” – “Rakuv” – 2:0
“Şturm” – “Sportinq” – 1:2
E qrupu
“Yunion Sent” – “Tuluza” – 1:1
LASK – “Liverpul” – 1:3
F qrupu
“Panatinaikos” – “Vilyarreal” – 2:0
“Renn” – “Makkabi” (Hayfa) – 3:0
G qrupu
“Servett” – “Slaviya” – 0:2
“Şerif” – “Roma” – 1:2
H qrupu
“Bayer” – “Haken” – 4:0
“Qarabağ” – “Molde” – 1:0