Luka Modriç: "Unikal hissdir"
08.12.2022 - 00:21
Luka Modriç: "Unikal hissdir"

“Biz matçlarda təzyiqə dözməyə öyrəşmişik və daha da dözməli olsaq, bunu edəcəyik. Bu turnirdə gördüyümüz işlər çox gözəldir".

Apasport.az xəbər verir ki, bunu Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç DÇ-2022-nin 1/4 finalında Braziliyaya qarşı keçiriləcək oyundan danışarkən deyib.

"Məncə, biz buna layiqik. Dünyanın ən yaxşı səkkiz komandasında olmaq unikal hissdir”, – deyə Luka Modriç bildirib.

Qeyd edək ki, Xorvatiya DÇ-2022-nin 1/4 finalında dekabrın 9-da Braziliya ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0