"Mançester Siti" "Çelsi"ni Londonda məğlub etdi
06.01.2023 - 02:00
"Mançester Siti" "Çelsi"ni Londonda məğlub etdi

İngiltərə Premyer Liqasında XIX tura yekun vurulub.

Apasport.az xəbər verir ki, "Çelsi" Londonda "Mançester Siti"ni qəbul edib. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

60-cı dəqiqədə meydana buraxılan Riyad Məhrez və Cək Qriliş, demək olar ki, topa ilk toxunuşda fərqlənməyi bacarıblar. 63-cü dəqiqədə Qrilişin ötürməsi ilə Fransa doğumlu Əlcəzair millisinin futbolçusu Riyad Məhrez matçda yeganə qolu vurub. Bu qələbə ilə "Siti" lider "Arsenal"la xal fərqini 5-ə endirib.

Qeyd edək ki, bu komandalar yanvarın 8-də yenidən üz-üzə gələcəklər. Bu dəfə Mançester şəhərindəki qarşılaşma İngiltərə kubokunun 1/16 final matçı olacaq.

writer photo
Əlirza Əlirzalı
0