Bu gün Çempionlar Liqasında “Liverpul”la “Real” arasında final oyunu keçiriləcək.
Apasport.az saytının sorğusunda iştirak edən Azərbaycan Premyer Liqa klublarının mətbuat katibləri Parisdə baş tutacaq həlledici qarşılaşma ilə bağlı proqnozlarını verib.
Maraqlıdır ki, sorğuda iştirak edən 8 nəfərdən cəmi ikisi “Real”ın qələbəsinə inanır. “Liverpul”a üstünlük verən 5 mətbuat katibindən isə 4-ü ingilislərin 90 dəqiqəni 2:1 hesablı qalibiyyətlə tamamlayacağı qənaətindədir.
Yalnız bir nəfər əsas vaxtın qollu bərabərliklə yekunlaşacağını proqnozlaşdırıb.
“Liverpul” - “Real”
Rüstəm Allahverdiyev (“Neftçi”) – 3:1
Elmar Abdullazadə (“Zirə”) – 1:2
Anar Hacıyev (“Qəbələ”) – 2:2
Elnur Həmidov (“Sabah”) – 2:1
Rəşad Məmmədov (“Sumqayıt”) – 0:1
Səbuhi Məmmədov (“Şamaxı”) – 2:1
Azad Mustafayev (“Kəpəz”) – 2:1
Süleyman Tağıyev (“Turan Tovuz”) – 2:1