Mundialların ən təcrübəli məşqçiləri - SİYAHI
07.11.2022 - 10:17
Mundialların ən təcrübəli məşqçiləri - SİYAHI

Dünya çempionatlarında ən çox oyun keçirən baş məşqçilər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlinə Helmut Şon başçılıq edir.

Almaniyalı mütəxəssis final mərhələlərində 25 matç keçirib. O, DÇ-1970, DÇ-1974 və DÇ-1978-də AFR millisinə rəhbərlik edib.

İndiyədək yalnız 6 məşqçi mundialda  20 və daha çox oyunda iş başında olub. Azərbaycan millisinin sabiq çalışdırıcısı almaniyalı Berti Foqtsun aktivində isə 10 görüş var.

1. Helmut Şon (Almaniya) - 25
2. Karlos Alberto Parreyra (Braziliya) – 24
3. Luis Felipe Skolari (Braziliya) – 21
4-6. Bora Milutinoviç (Yuqoslaviya) – 20
Mario Zaqalo (Braziliya) – 20
Oskar Tabares (Uruqvay) - 20
 

writer photo
Əlirza Əlirzalı
0