Neymar: "Pele getdi, amma sehri qaldı"
29.12.2022 - 23:59
Neymar: "Pele getdi, amma sehri qaldı"

"Peledən əvvəl 10 sadəcə bir rəqəm idi". Bir dəfə bu sözləri oxumuşdum. Amma bu gözəl cümlə yarımçıqdır. Deyərdim ki, Peleyə qədər futbol sadəcə idman idi. Pele hər şeyi dəyişdi".

Apasport.az xəbər verir ki, bunu Braziliya millisinin hücumçusu Neymar deyib.

O, Pelenin ölümündən sonra açıqlama verib: "Futbolu sənətə və əyləncəyə çevirdi. O, kasıblara, qara dərililərə səs verdi. Və ən əsası o hamıya Braziliyanı göstərdi. Futbolun və Braziliyanın vəziyyəti Kral sayəsində yüksəldi.

O getdi, amma sehri qaldı. Pele əbədidir!"

Qeyd edək ki, Pele bu gün 82 yaşında dünyasını dəyişib.

writer photo
Əlirza Əlirzalı
0