"Nyukasl"ın 16 oyunluq seriyasını II divizion klubu qırdı
07.01.2023 - 23:57
"Nyukasl"ın 16 oyunluq seriyasını II divizion klubu qırdı

Premyer Liqanın formada olan komandalarından biri olan "Nyukasl Yunayted" İngiltərə Kubokunda şok məğlubiyyətlə üzləşib.

Apasport.az xəbər verir ki, "sağsağanlar" 1/32 finalda II divizion klubu "Şefild Venzdey"ə 1:2 hesabı ilə uduzaraq bu turnirlə erkən vidalaşıb.

Bununla da "Nyukasl" 16 oyundan (2 yoxlama matçı da daxil olmaqla) sonra məğlubiyyət alıb. Edi Haunun yetirmələri sonuncu dəfə avqustun 31-də Premyer Liqada "Liverpul"a 1:2 uduzmuşdu.

 

writer photo
Əlirza Əlirzalı
0