Bu gün Paris-2024 Yay Olimpiya Oyunları həyəcanı başlayır.
Apasport.az xəbər verir ki, sayca 33-cü olan planetin ən mötəbər yarışı ənənəvi olaraq futbolla start götürəcək.
Olimpiadanın təntənəli açılış mərasimi iyulun 26-da baş tutacaqsa da, futbol turniri digər idman növləri ilə müqayisədə daha uzun dövrü əhatə etdiyi üçün matçlar bu gündən etibarən keçiriləcək.
Kişilərdən ibarət komandaların mübarizəsi Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Günün əsas qarşılaşmalarında Parisdə İspaniya ilə Özbəkistan, Sent-Etyendə isə Argentina ilə Mərakeş yığmaları üz-üzə gələcək. Digər maraqlı qarşılaşma isə Marseldə baş tutacaq. Görüş Amerika və Fransa yığmaları arasında keçiriləcək.
Günün digər qarşılaşmaları belədir:
Misir - Dominik Respublikası;
Qvineya - Yeni Zelendiya;
İraq - Ukrayna;
Yaponiya - Paraqvay;
Mali - İsrail
Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunacaq. 15 idman növü üzrə 17 proqramda çıxış edəcək olimpiyaçılarımızın startı sabah baş tutacaq. Kamandan oxatmada Yaylagül Ramazanova sıralama turunda qüvvəsini sınayacaq. Qadınların yarışı Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.