"Partizan" Çempionlar Liqası matçını azarkeşsiz keçirəcək
20.06.2024 - 21:17
Serbiyada yerli "Partizan" ilə Ukraynanın "Dinamo" (Kiyev) klubları arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu azarkeşsiz keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Buna serb fanatların ötən mövsüm Danimarka təmsilçisi “Norşellann”la matçda irqçi ayrı-seçkiliyə yol verməsi səbəb olub.
Qeyd edək ki, "Partizan" ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə, cavab görüşünü isə bundan bir həftə sonra evdə keçirəcək.
0
0