“Koreyalı oyunçunun adından digər məqamları gizlətmək üçün istifadə olunub".
Apasport.az xəbər verir ki, bunu Cənubi Koreya millisinin sabiq baş məşqçisi Paulu Bentu deyib.
Portuqaliyalı məşqçi son dünya çempionatında Kriştianu Ronaldo ilə koreyalı futbolçu arasında baş verən söz atışmasından danışıb. Hücumçu Cənubi Koreya ilə matçda əvəzlənməyə emosional reaksiya verib və Fernandu Santusa nəsə qışqırıb. Oyundan sonra həm məşqçi, həm də hücumçu Ronaldonun emosional reaksiyasına Cənubi Koreya millisinin oyunçularından birinin portuqallara meydanı daha tez tərk etməsini söyləməsinin səbəb olduğunu bildiriblər.
Bentu buna belə aydınlıq gətirib: "Bu xoşagəlməzdir. Başqalarının arxasında gizlənmək tamamilə ədalətli deyil. Bu, qeyri-etikdir”.