Qətərdə keçirilən DÇ-2022-də qrup mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün C qrupunda II tura start verilib.
Çempionatın 7-ci oyun gününün qrupdakı ilk matçında Polşa ilə Səudiyyə Ərəbistanı üz-üzə gəlib. Yarışa Argentina üzərində sensasiyalı qələbə ilə başlayan Asiya təmsilçisi uğurlu çıxışını davam etdirə bilməyib.
Avropalılar hər hissədə vurduğu bir qol sayəsində qələbə qazanaraq, xallarının sayını 4-ə çatdırıb.
Qeyd edək ki, C qrupunda son turun oyunları noyabrın 30-da keçiriləcək. Həmin gün Polşa Argentinaya, Səudiyyə Ərəbistanı Meksikaya rəqib olacaq.
DÇ-2022, qrup mərhələsi
26 noyabr, II tur
C qrupu
17:00. Polşa – Səudiyyə Ərəbistanı - 2:0
Qollar: Peter Zelinski, 39, Robert Levandovski, 82
1 |
Polşa |
2 |
1 |
1 |
0 |
2-0 |
4 |
2 |
Səudiyyə Ərəbistanı |
2 |
1 |
0 |
1 |
2-3 |
3 |
3 |
Meksika |
1 |
0 |
1 |
0 |
0-0 |
1 |
4 |
Argentina |
1 |
0 |
0 |
1 |
1-2 |
0 |